Logo
    main-post-cover

    Apple Watch smart saatını müxtəlif Apple cihazlarına qoşmaq mümkün olacaq

        İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti Apple Watch smart saatları üçün maraqlı yenilənmə üzərində çalışır. Belə ki, şirkət tərəfindən hazırlanan yenilənmə vasitəsilə Apple Watch smart saatları iPad planşetləri və Mac kompüterləri də daxil olmaqla bir neçə cihaza qoşula biləcəklər. Qeyd etmək lazımdır ki, hal hazırda Apple Watch yalnız iPhone smartfonlarına qoşula bilir və bununla belə onda iPad planşetlərinə və ya Mac kompüterlərinə qoşulma imkanı mövcud deyil. İnsayderlər bildiriblər ki, bir neçə cihaza qoşulma imkanı Apple Watch-da proqram təminatının yenilənməsi vasitəsilə reallaşdırılacaq. Lakin bu yenilənmənin bu ilki watchOS 10-da və ya gələn ilki watchOS 11-də reallaşdırılacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər