
Bloggerlərdən biri macOS əməliyyat sisteminin daxilində bitcoinin dokumentasiyasını aşkar edib
Əməliyyat sistemləri
06.04.2023
Emil
Andy Baio adlı blogger macOS əməliyyat sistemi daxilində bitcoin-ə aid olan dokumentasiyanı aşkar edib və onu öz abunəçiləri ilə bölüşüb. Məlum olub ki, macOS Catalina və ya macOS-in daha yeni versiyaları vasitəsilə çalışan demək olar hər bir kompüterdə məşhur kriptovalyutaya həsr edilmiş dokumentasiya mövcuddur. Dokumentasiya bitcoinin Satoshi Nakamoto ləqəbli gizli yaradıcısı tərəfindən tərtib edilib. Lakin bitcoinə aid olan dokumentasiyanın macOS əməliyyat sistemi daxilinə nəyə görə yerləşdirildiyi və onun hansı mənanı kəsb etdiyi tam aydın deyil. Sözügedən dokumentasiya adi PDF faylıdır və onun daxilində bitcoinin təsviri yer alıb.
Bəzi istifadəçilər bildiriblər ki, onlar öz kompüterlərində bu dokumentasiyanı aşkar edə bilməyiblər. Dokumentasiyanın əməliyyat sistemi daxilində olub-olmamasını yoxlamaq üçün terminaldan və ya Finder adlı fayl menecerindən istifadə etmək lazımdır. Termionaldan istifadə edən zaman sadəcə olaraq “open /System/Library/Image/Capture/Devices/VirtualScanner.app/Contents/Resources/simpledoc.pdf” əmrini yerinə yertirmək lazımdır. Təsdiq edilməmiş məlumata əsasən bu dokumentasiyanın əməliyyat sistemi daxilində olmasını Apple tərtibatçıları 1 il bundan öncə problem kimi qeydiyyatdan keçirtmişdilər. Lakin nəticədə problemin aradan qaldırılması üçün heç bir cəhd göstərilməyib.
Paylaş
Bənzər xəbərlər