
Bloomberg: 'iOS 17 Android-in vacib özəlliyini əldə edəcək
Əməliyyat sistemləri
18.04.2023
Emil
Android-in iOS üzərindəki əsas üstünlüyü ondan ibarətdir ki, Google şirkətinin əməliyyat sistemi çərçivəsində tətbiqləri müxtəlif mənbələrdən yükləmək mümkündür. Lakin Bloomberg-in verdiyi məlumata əsasən yaxın zamanda bu məsələ ilə bağlı iOS əməliyyat sistemində də vəziyyət dəyişə bilər. Görünür, Apple iOS 17-də tətbiqlərin eynilə Android-dəki kimi müxtəlif mənbələrdən yüklənməsi imkanını aktivləşdirəcək. Lakin bu özəllik heç də bütün ölkələrdə aktiv olmaya bilər.
“İyun ayında keçiriləcək WWDC 2023-dən sonra iOS 17 böyük səs-küy yaradacaq. Apple şirkəti iPhone üçün tətbiqləri App Store-dan kənar olan resurslardan yükləmək imkanının təqdim edilməsi və gələn ildən Avropa Birliyinin yeni qanunvericiliyinin tələblərinə tabe olmaq istiqamətində proqram təminatının təkmilləşdirilməsi üzərində çalışır” - deyə Bloomberg qeyd edib.
Apple şirkətinin iOS-də tətbiqləri kənar resurslardan yükləyə bilmək imkanı üzərində çalışması barəsində ilk məlumatlar hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Gələn ay Avropa Birliyinin rəqəmsal bazarlar ilə bağlı yeni qanunvericiliyi qüvvəyə minəcək. Qüvvəyə minəcək yeni qanunvericilik isə Apple şirkətini öz platformasında kənar tətbiq mağazalarından istifadə imkanını aktivləşdirməyə məcbur edəcək. Bloomberg-in verdiyi məlumata əsasən şirkət bu imkanı öncə Avropa bazarında təqdim edəcək. ABŞ və digər ölkələrdə buna bənzər qanunvericilik mövcud deyil.
Paylaş
Bənzər xəbərlər