
ChatGPT Windows üçün işlək aktivasiya açarını tərtib edə bilib (VİDEO)
Əməliyyat sistemləri
03.04.2023
Emil
Süni zəka əsaslı ChatGPT çat-botu artıq özünü maliyyə mütəxəssisi və proqramçı kimi sərgiləyib. Məlum olub ki, çat-botun digər gizli bacarıqları da var. Söhbət, heç də leqal olmayan bacarıqlardan gedir. Məsələ burasındadır ki, bir neçə müddət bundan öncə çat-bot istifadəçilərdən birinin sorğusu əsasında köhnə Windows versiyalarından biri üçün işlək aktivasiya açarını tərtib edə bilib. ChatGPT-nin bu bacarığını Enderman adlı Youtube kanalının müəllifi sərgiləyib.
Çat-bota Windows üçün işlək aktivasiya açarını tərtib etməyi məcbur etmək yolunda istifadəçi müəyyən hiyləgərlikdən istifadə etməli olub. Windows 95 üçün aktivasiya açarının tərtib edilməsi sorğusunun çat-bota birbaşa göndərilməsi halında çat-bot bunu edə bilməyəcəyini söyləyib və bunu lisenziya məhdudiyyəti ilə əlaqələndirib. Bundan əlavə olaraq ChatGPT istifadəçiyə əməliyyat sisteminin daha yeni versiyasını əldə etməyi məsləhət görüb. Lakin istifadəçi nəticədə sözügedən məhdudiyyətdən yan keçməyi bacarıb.
Belə ki, öz istədiyini əldə etmək üçün o, çat-botdan qeyd edilmiş parametrlər üzrə simvollar ardıcıllığını tərtib etməyi istəyib. Nəticədə çat-bot aktivasiya açarının 7-yə bölünməli olan ədədlərin cəmi hissəsində bir sıra kiçik səvlərə yol verib. Lakin ChatGPT tərəfindən tərtib edilmiş 30 açardan biri tamamilə işlək olub və o, Windows 95-i aktivləşdirməyə imkan verib. Maraqlısı ondadır ki, daha sonra çat-bot aktivasiya açarının tərtib edilməsi prosesində iştirakını inkar edib.
Paylaş
Bənzər xəbərlər