main-post-cover

    Chrome brauzeri 2 yeni faydalı funksiya əldə edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.07.2022
    Emil Nəcəfov
        Yaxın zamanda Chrome brauzerində istifadəyə veriləcək 2 yeni faydalı funksiya barəsində məlumatlar internetdə ortaya çıxıb. İstifadəyə veriləcək birinci funksiya mətnləri stilus vasitəsilə yazmağa üstünlük verən istifadəçilərin işlərini asanlaşdırmaq, ikinci funksiya isə kompüterdə brauzer vasitəsilə daxil olunan müxtəlif istifadəçi hesablarının şifrələrinin təhlükəsizliklərini yüksəltmək üçün nəzərdə tutulub. Beləliklə verilmiş məlumata əsasən GoogleSamsung birgə şəkildə mobil Chrome-un Android 13 versiyasında əl yazısının tanınması və təyin edilməsi funksiyası üzərində çalışırlar. Bu cür funksiya S Pen dəstəkli cihazlarda reallaşdırılacaq.
        Funksiya hətta uyğun smartfonlarda Android 13-ün beta versiyasında artıq aktivdir. Bundan əlavə olaraq Chrome tərtibatçıları kənar proqram təminatlarından istifadə etmədən  brauzer daxilində yaradılan şifrələrin etibarlılıq səviyyələrini yoxlayacaq alqoritmi hazırlayırlar. Beləliklə yeni şifrələrin yaradılması və ya mövcud olan şifrələrin yeniləri ilə əvəz edilməsi halında brauzer daxilindəki xüsusi vidjet istifadəçi tərəfindən qeyd edilən şifrə kombinasiyasının nə dərəcədə qəliz olduğunu əks etdirəcək. Bu üsul ilə istifadəçi vidjet tərəfindən təqdim ediləcək vizual indikator sayəsində daha qəliz şifrələr yarada biləcək. Bu funksiya Windows, macOS, Linux, ChromeOS, FuchsiaOS Lacros əməliyyat sistemləri vasitəsilə çalışan kompüterlərdə reallaşdırılacaq.
    Linki kopyala