main-post-cover

    Chrome-un yeni funksiyası çoxlu sayda açıq qovluq halında da cihazın enerji sərfiyyatına qənaət edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.07.2022
    Farid Pardashunas
        Chrome brauzeri üçün yaxın zamanda təqdim ediləcək yenilənmənin tərkibində faydalı funksiya istifadəyə veriləcək. Belə ki, istifadəyə veriləcək yeni funksiya Chrome daxilindəki fon rejimində çoxlu sayda qovluğun açıldığı halda da cihazın enerji sərfiyyatına qənaət edəcək. Chrome-un hələ ki, tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası daxilində aşkar edilmiş bu yeni funksiya smartfonun enerji sərfiyyatına qənaət etməklə yanaşı sözügedən brauzerə sahib köhnə smartfonların internet qoşulmaları zamanı performanslarını da artıra bilər. Google Chrome dünyanın ən məşhur brauzeri olsa da, o, bu və ya digər cihazın sistem resurslarının hədsiz istifadəsi ilə tanınır.
        Tərtibatçılar tərəfindən test edilən yeni funksiya isə Google şirkətinin bu brauzerdəki olan ciddi problemi heç olmasa müəyyən səviyyədə aradan qaldırmağa cəhd göstərdiyinə işarə edir. Hal hazırda istifadəçi Chrome brauzerindən 5 və ya daha çox dəqiqə ərzində istifadə etmədikdə brauzer açıq qalmış qovluqlarda yalnız 1 dəqiqədən bir JavaScript kodunu reallaşdırır. Faktiki olaraq bu proses istifadə edilməyən qovluqları Sleep rejiminə göndərir. Verilmiş məlumata əsasən brauzerin tərtibatçılar üçün nəzərdə tutulmuş versiyasının daxilində Quick intensive timer throttling of loaded backgorund pages adlı funksiya istifadəyə verilib. Sözügedən funksiyanın aktivləşdirilməsindən sonra o, cihazın prosessor resurslarına 5 dəqiqədən sonra yox, 10 saniyədən sonra qənaət etmək imkanını verir.
        Beləliklə sözügedən funksiya prosessorun öhdəliyinə düşən bu prosesə sərf edilən zamanı 10% azaldır. Bu o demək deyil ki, istifadəçi öz cihazında 10% daha çox çalışa biləcək. Cihazın batareyasındakı enerji sərfiyyatının yalnız kiçik bir hissəsi prosessorun üzərinə düşür. Bununla belə istifadəçilər yeni Chrome versiyasında çoxlu sayda qovluq ilə çalışma prosesi zamanı enerji sərfiyyatındakı fərqi görə biləcəklər. Məlumata əsasən yeni funksiya yaxın aylar ərzində Chrome-un Windows, Linux, ChromeOS, macOS, iOS Android versiyalarında istifadəyə verilə bilər. Bundan əlavə olaraq sözügedən funksiya Opera Microsoft Edge kimi Chromium mühərriki əsasında çalışan digər brauzerlərdə də istifadəyə verilə bilər. Onu da qeyd etmək lazımdır ki, Microsoft Edge-də bu funksiyaya bənzəri artıq mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər