Reklam
Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tamamilə dayandırdı

Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tamamilə dayandırdı

Əməliyyat sistemləri
16.06.2022 PAYLAŞIM

    İstifadəyə verildiyi vaxtdan demək olar 25 il sonra Microsoft şirkəti Internet Explorer brauzerinin dəstəyini rəsmi şəkildə tamamilə dayandırdı. Beləliklə bundan sonra Windows əməliyyat sistemində onun yerini tutacaq standart brauzer qismində Microsoft Edge çıxış edəcək. Internet Explorer-in dəstəyinin tamamilə dayandırılması barəsində məlumat şirkətin bloqunda yerləşdirilsə də formal olaraq Microsoft ondan hələ 2016-cı ildə imtina etmişdi. Nəticədə Internet Explorer tədricən əməliyyat sisteminin komponentinə çevrildi, onun yüklənmə imkanı deaktiv edildi və ümumiyyətlə yeni kompüterlərdə sistem daxilində gizlədildi.


    2016-cı ildən şirkət aktiv şəkildə Microsoft Edge brauzerini inkişaf etdirir. Kompüterlərə quraşdırılmış Internet Explorer kopyaları müəyyən müddət istifadəçiləri Edge brauzerinə yönləndirəcəklər. Lakin növbəti sistem yenilənməsindən sonra artıq köhnəlmiş brauzerə giriş etmək mümkün olmayacaq. Bununla belə Microsoft bildirib ki, Internet Explorer Windows 10-un LTSC versiyasında çalışmağa davam edəcək. Qeyd etmək lazımdır ki, Microsoft-un aktual brauzeri olan Microsoft Edge brauzerlər bazarında məşhurluq reytinqinə əsasən üçüncü yeri tutur. Həmin reytinqdə birinci yeri Google Chrome, ikinci yeri isə Apple Safari tutur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Windows 8-in təkmilləşdirilmiş versiyasının dəstəyini dayandırmağa haz..

Microsoft şirkəti Windows 8.1 istifadəçilərinə sözügedən əməliyyat sisteminin dəstəyinin 10 yanvar 2..


Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funks..


Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını..

Microsoft şirkəti Windows, macOS, iOS və Android əməliyyat sistemləri üçün Defender antivirus tətbiq..


iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir.


Microsoft HDD yaddaş dəstəkli yeni kompüterlərin qutudan Windows 11-ə sahib olma..

Trendfocus şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Microsoft şirkəti OEM (Original Equ..


iOS 16 və macOS 13 Ventura əməliyyat sistemləri təqdim olunub

Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2022 konfransı çərçivəsində iOS 16 və macOS 1..

×