Logo
    main-post-cover

    Galaxy Note 20 və Note 20 Ultra üçün OneUI istifadəçi interfeysinin yeni versiyası istifadəyə verilib

        Samsung şirkəti öz smartfonlarında yeni OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə yeni istifadəçi interfeysi şirkətin 2020-ci ildə satışa çıxmış flaqman smartfonları üçün təqdim edilib. Söhbət, Galaxy Note 20Note 20 Ultra modellərindən gedir. Məlumatda qeyd edilib ki, OneUI 5.1 ilk öncə bu smartfonların Argentinadakı istifadəçiləri üçün təqdim edilib. Yaxın zamanda proqram təminatı yenilənməsi Galaxy Note 20 ilə Note 20 Ultra-nın digər regionlardakı istifadəçiləri üçün də aktiv olmalıdır.
    Paylaş
    Bənzər xəbərlər