
Galaxy S20 və Galaxy Note 20 smartfonları Android 14-ü əldə etməyəcəklər
Əməliyyat sistemləri
01.11.2023
Emil
Dünən məlum oldu ki, Samsung şirkəti öz saytında OneUI 6.0 istifadəçi interfeysindək yeni kamera funksiyalarını əldə edəcək smartfonların siyahısını təqdim edib. OneUI 6.0-ın Android 14 əsaslı olduğunu nəzərə alaraq güman edilirdi ki, siyahıda qeyd edilmiş smartfonlar dəqiq şəkildə Android 14-ü əldə edəcəklər. Lakin yeni məlumata əsasən bu belə olmayacaq.
Qeyd etmək lazımdır ki, siyahıda Galaxy S20 və Galaxy Note 20 smartfon seriyaları var. İndi isə məlum olub ki, sözügedən smartfon seriyaları Android 14-ü əldə etməyəcəklər. Sammobile saytının vermiş olduğu məlumatda qeyd edilib ki, bu seriyaların smartfonları Android 14 əvəzinə OneUI 6.0-ın bəzi funksiyalarını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy S20 və Galaxy Note 20 smartfon seriyalarının modelləri 2020-ci ildə satışa çıxıblar.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
