main-post-cover

    Google Android-də tətbiqlərin avtomatik arxivləşdirilməsi funksiyasını istifadəyə verib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.09.2023
    Emil Nəcəfov
        Google şirkəti bütün Android istifadəçiləri arasında tətbiqlərin avtomatik şəkildə arxivləşdirilməsi funksiyasını istifadəyə verməyə başlayıb. Bu funksiya istifadəçi tərəfindən uzun müddət ərzində istifadə edilməmiş tətbiqlər hesabına smartfon yaddaşının təmizlənməsi imkanını verir. Daha əvvəllər bunu etmək üçün istifadəçi bir neçə qəliz prosesdən keçməli olurdu. İndi isə Google bunun Google Play üzərindən avtomatlaşdırılması imkanını təqdim edir. İndiyədək tətbiqlərin avtomatik şəkildə arxivləşdirilməsi imkanı yalnız cihazda daxili yaddaş həcminin az qaldığı zaman aktivləşirdi.
        Bu cür anlarda smartfon ekranında bu  ya digər tətbiqin arxivləşdirilməsi təklifi təqdim edilirdi. İndi isə istifadəçilər bu imkanı Google Play-in ayarlarındakı General bölməsində aktivləşdirə və ya deaktivləşdirə bilərlər. Google bildirib ki, istifadəçilər bu yeni funksiya vasitəsilə öz cihazlarındakı daxili yaddaşın 60%-ə qənaət edə bilərlər. Bununla belə heç bir məlumat itkisi və ya tətbiqin silinməsi prosesi yaşanmayacaq. Arxivləşdirilmiş tətbiqlər standart şəkildə smartfon ekranında əks olunacaqlar. Lakin onlardan istifadə etmək üçün istifadəçi tətbiqlərin əlavə fayllarını yükləməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər