
Google Android oyunların Windows kompüterlərində qapalı testinə start verib
Əməliyyat sistemləri
03.11.2022
Emil
Google bu ilin əvvəlində Windows vasitəsilə çalışan kompüterlər üçün Android oyunların testini elan etmişdi. Həmin anonsdan 9 ay sonra şirkət sonunda test üçün nəzərdə tutulmuş dəvətləri istifadəçilərə göndərməyə başlayıb. Windows vasitəsilə çalışan kompüterlərdə Android oyunları hələ ki, Honkonq, Tayvan və Cənubi koreyadan olan istifadəçilər test edə bilərlər. Digər regionlarda isə test prosesi yaxın zamanda istifadəyə veriləcək. Kompüterlərdə test üçün hələ ki, 9 ədəd Android oyun aktivdir.
Onların arasında Asphalt 9, Gardenscapes və Homescapes kimi oyunlar var. Gələcəkdə isə bu siyahı daha da genişlənəcək. Kompüterlər üçün nəzərdə tutulmuş bütün Android oyunlar mobil versiyalar ilə sinxronlaşdırılıb. Yəni istifadəçinin kompüterdə hansısa mobil oyunda əldə etdiyi nailiyyətlər həmçinin oyunun mobil versiyasında da aktiv olacaqlar. Bu sinxronlaşdırma həmçinin ChromeOS əməliyyat sistemi vasitəsilə çalışan noutbuklarda da mövcuddur. Android oyunların kompüterdə işə salınması üçün aşağıda qeyd edilmiş sistem tələblərinə sahib olmaq lazımdır:
- Windows 10 (v2004) və ya Windows 11
- SSD
- Oyunlar üçün nəzərdə tutulmuş videokart (siyahı)
- 8 GB RAM
- 20 GB daxili yaddaş həcmi
- Windows administrator hesabı
- Hardware virtulization.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
