main-post-cover

    Google Chrome brauzerinin Android versiyası çox faydalı yeni funksiya əldə edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    12.01.2023
    Farid Pardashunas
        Google Chrome brauzerinin Android üçün nəzərdə tutulmuş versiyasına Instance Switcher adlı yeni funksiya əlavə edilib. Bu funksiya multitasking özəlliyini yeni səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub. Belə ki, o, brauzer daxilindəki ekranda eyni anda bir neçə qovluğu işə salmağa imkan verir. Yeni funksiya faktiki olaraq brauzer daxilində bir-birindən asılı olmayan iki ədəd Chrome brauzerinin işə salınması imkanını təqdim edir. Bu halda istifadəçi ekranın iki hissəyə bölünməsi və ya bir pəncərənin digərinin üzərində əks olunması üsulu vasitəsilə eyni anda hər iki Chrome versiyası ilə qarşılıqlı əlaqədə ola bilər.
        Həmçinin hər bir Chrome versiyası fərqli istifadəçi hesabına əsasən uyğunlaşdırıla bilər. Bu isə deməkdir ki, hər bir Chrome pəncərəsi özünün unikal qovluqlarına, baxış tarixçələrinə və s. kimi özəlliklərə sahib olacaq. Bu yeni funksiya sayəsində brauzerdən istifadəni özəl və iş mühitinə ayırmaq olar. Sözügedən yeni funksiyadan istifadə etmək üçün brauzerin yuxarı sağ hissəsində yerləşən 3 nöqtəli düyməyə klikləmək və daha sonra “Manage windows” bəndini seçmək lazımdır. Həmin bəndi seçəndən sonra Android-dəki multitasking menyusunu xatırladan iki ədəd brauzer interfeysi ortaya çıxacaq. Məlumatda qeyd edilib ki, Instance Switcher adlı bu yeni funksiya brauzerin Android üçün nəzərdə tutulmuş 108.0.5359.128 nömrəli stabil versiyasında artıq istifadəyə verilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər