Google Chrome istifadəçiləri tədricən Microsoft Edge brauzerinə keçid edirlər

Google Chrome istifadəçiləri tədricən Microsoft Edge brauzerinə keçid edirlər

Əməliyyat sistemləri
09.12.2021 PAYLAŞIM

    Yeni məlumatlara əsasən Microsoft-un Edge brauzeri tədricən Google Chrome istifadəçilərini özünə tərəf çəkir. Qeyd etmək lazımdır ki, Google Chrome artıq uzun illərdir ki, brauzerlər bazarında liderliyini qoruyub saxlayır. Statcounter adlı şirkətin verdiyi məlumata əsasən noyabr ayında Microsoft Edge brauzerler bazarındakı payını 4%-ə çatdırıb. Bu isə onu Chrome və Safari-dən sonra üçüncü ən böyük brauzer edir. Keçən ay bazarda payını itirmiş yeganə brauzer Google Chrome olub. Belə ki, hal hazırda onun bazardakı payı 64.04% təşkil edir. Halbu ki, yay fəslində bu göstərici 65.27% təşkil edirdi.

    Təbii ki, Edge ilə Chrome arasındakı fərq hələ də böyükdür və yaxın zamanda Chrome brauzerinin öz lider mövqeyini itirəcəyindən söhbət belə gedə bilməz. Keçən il Chromium əsaslı Edge istifadəyə veriləndən sonra onun məşhurlaşması əsasən Edge Legacy və Internet Explorer-in dəstəklərinin dayandırılması ilə əlaqəli idi. Microsoft onların istifadəçilərinə Edge brauzerinə keçid etmələrini məsləhət görürdü. Lakin Edge brauzerinin göstəricilərini yüksəltmək üçün Microsoft şirkəti Firefox, Safari və Chrome istifadəçilərinin öz tərəfinə necə çəkə biləcəyini fikirləşməlidir.


    Son aylarda Microsoft öz brauzerinin irəli çəkilməsi üçün aqressiv üsullardan istifadə etməyə başladı. Bu istiqamətdə şirkət Windows 10 ilə Windows 11-də standart brauzer seçimini qəlizləşdirdi və hətta Edge-də bəzi yeni funksiyaları istifadəyə verdi. İyul ayında Edge Firefox-u geridə qoymuşdu. İndi isə sözügedən brauzer Chrome-dan imtina etmiş istifadəçilərin hesabına öz kütləsini genişləndirir. Proses ləng getsə də Microsoft bu istiqamətdə öz mövqelərini tədricən gücləndirir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender-in Android və macOS versiyaları istifadəyə veriləcək

Microsoft şirkəti təkcə Windows üçün proqram təminatının hazırlanması ilə məşğul olmur. Belə ki, şir..


4 yanvar tarixində BlackBerry OS əməliyyat sisteminin dəstəyi dayandırılacaq..

Bu həftədən başlayaraq BlackBerry şirkəti özünün BlackBerry OS əməliyyat sisteminin dəstəyini dayand..


MIUI 13-ü qlobal bazarda ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib..

Xiaomi şirkəti MIUI 13-ü təqdim edəndən sonra sözügedən istifadəçi interfeysini qlobal bazarda əldə ..


MIUI 13 istifadəçi interfeysi təqdim olunub

Xiaomi şirkəti yeni MIUI 13 istifadəçi interfeysini təqdim edib. Lakin bu dəfə Xiaomi Apple şirkətin..


Tiramisu kod adına sahib Android 13-ün test versiyasının ilk fotoları təqdim edi..

XDA-Developers saytının mütəxəssisləri Android 13 əməliyyat sisteminin test versiyasının fotolarını ..


Samsung Android-dən Fuchsia OS əməliyyat sisteminə keçid edə bilər

Hələ bu ilin may ayında məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Android-dən Fuchsia OS əməliyyat..

×