main-post-cover

    Google Chrome-un Android versiyası oğurlanmış şifrələri avtomatik dəyişmə funksiyasını əldə edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    04.05.2022
    Farid Pardashunas
        Məşhur Google Chrome brauzerinin mobil versiyası öz yaddaşında istifadəçinin bu və ya digər şifrəsindən hansının oğurlandığı barəsində məlumat verə bilir. İndi isə sözügedən brauzer oğurlanmış bu və ya digər şifrəni yeni funksiya vasitəsilə avtomatik olaraq dəyişə bilir. Bu halda istifadəçidən sadəcə olaraq bir düyməyə klikləmək tələb olunacaq. Google artıq uzun zamandır ki, Chrome brauzerində olan hansısa şifrənin etibarlı olmadığı və ya açıq şəkildə qaldığı barəsində istifadəçiyə məlumat verir. Daha öncə istifadəçi bu problemi aradan qaldırmaq üçün fərdi şəkildə sayta və ya tətbiqə daxil olaraq oğurlanmış şifrəni əvəzləməli idi. İndi isə Google Chrome brauzerinin mobil versiyasında bu proses avtomatlaşdırılıb.
        Əgər Chrome hansısa şifrənin daha etibarlısı ilə əvəz etməyin lazım olduğunu aşkar edərsə, istifadəçiyə bu prosesin avtomatik şəkildə reallaşdırılması təklif ediləcək. Bu halda istifadəçi öz növbəsində bir düyməyə klikləməli olacaq. Sözügedən yeni funksiya Google Assistant səsli köməkçisi ilə Google Duplex texnologiyası əsasında hazırlanıb. Şifrənin avtomatik dəyişdirilməsinə razı olandan sonra Google Assistant müvafiq saytı işə salacaq və həmin saytda istifadəçi sadəcə olaraq şifrənin dəyişdirilməsinə icazə verməli olacaq. Bu rejimdə ediləcək dəyişikliklər Google şifrələr dispetçerinin yaddaşına yazılacaq. Buna görə də istifadəçi hansısa şifrəni yadda saxlamağa ehtiyac duymayacaq. Qeyd etmək lazımdır ki, sözügedən yeni funksiya Chrome-un hələ ki, Android versiyasında və bəzi regionlarda istifadəyə verilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər