Reklam
Google məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib - VİDEO

Google məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib - VİDEO

Əməliyyat sistemləri
14.04.2022 PAYLAŞIM

    Google şirkəti heç bir rəsmi anons etmədən məlumatları iOS-dən Android-ə köçürtməyə imkan verən xüsusi tətbiqi istifadəyə verib. Sözügedən tətbiq artıq Appe Store platformasında aktivdir. Lakin onu standart axtarış sistemi ilə tapmaq mümkün deyil. Bunun üçün birbaşa linkdən istifadə etmək lazımdır. Bir Android smartfondan digərinə keçid edən zaman məlumatların köçürülməsi prosesi asan başa gəlir. Bunun üçün sadəcə olaraq iki cihazı naqil vasitəsilə birləşdirərək və ya naqilsiz qoşulmadan istifadə edərək bütün tətbiqləri, mesajları, kontaktları, fotoları və digər faylları kopyalayıb lazımi cihaza göndərmək lazımdır. Lakin iOS-dən Android-ə keçən zaman məlumatların ötürülməsi prosesi bir qədər qəlizdir. Belə ki, istifadəçi Google Drive-da backup-lar yaratmalı və məlumatların bərpasını fərdi şəkildə reallaşdırmalıdır.


    Android 12-də bu proses bir qədər sadələşdirilib. Lakin bu halda dəstəklənən Lightning naqilindən istifadə etmək lazımdır. Qeyd etmək lazımdır ki, Google şirkətinin məlumatları iOS-dən Android-ə köçürtmək imkanını verən xüsusi tətbiq üzərində çalışdığı barəsində məlumatlar hələ keçən il ortaya çıxmışdı. İndi isə sözügedən tətbiq App Store-da istifadəyə verilib və onun adı Switch to Android-dir. Bu tətbiq vasitəsilə məlumatlar iOS-dən Android-ə köçürülməsi naqilsiz ötürülmə vasitəsilə reallaşdırılır. Bununla belə standart mesajlar köçürülən məlumatlar siyahısına daxil edilmir. Tətbiq sadəcə olaraq istifadəçiyə öncədən iMessage-in deaktiv edilməsi üzrə bildiriş göndərir. Sözügedən tətbiqin necə çalışdığı barəsində ətraflı məlumat yuxarıda təqdim edilmiş videoda sərgilənib. Tətbiqi isə bu linkdən yükləmək olar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Windows 8-in təkmilləşdirilmiş versiyasının dəstəyini dayandırmağa haz..

Microsoft şirkəti Windows 8.1 istifadəçilərinə sözügedən əməliyyat sisteminin dəstəyinin 10 yanvar 2..


Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funks..


Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını..

Microsoft şirkəti Windows, macOS, iOS və Android əməliyyat sistemləri üçün Defender antivirus tətbiq..


Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tam..

İstifadəyə verildiyi vaxtdan demək olar 25 il sonra Microsoft şirkəti Internet Explorer brauzerinin ..


iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir.


Microsoft HDD yaddaş dəstəkli yeni kompüterlərin qutudan Windows 11-ə sahib olma..

Trendfocus şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Microsoft şirkəti OEM (Original Equ..

×