Google şirkəti Android 12-də kənar tətbiq platformalarından istifadəni sadələşdirəcək

Google şirkəti Android 12-də kənar tətbiq platformalarından istifadəni sadələşdirəcək

Əməliyyat sistemləri
29.09.2020 PAYLAŞIM

    Məşhur Fortnite oyununun monetizasiyası ətrafında yaranmış qalmaqaldan sonra Google şirkəti elan edib ki, kənar tərtibatçılar üçün Android siyasətində bəzi dəyişikliklər ediləcək. Şirkət bildirib ki, 2021-ci ildə Android əməliyyat sistemi daha açıq olacaq və smartfon istifadəçiləri digər tətbiq platformalarının istifadəsini seçə biləcəklər. Bu barədə Androidpolice saytı xəbər verib. Google şirkətinin rəsmi bloqunda təqdim edilmiş yazıya əsasən Android cihazların istifadəçiləri sistem tərəfindən istifadə olunacaq tətbiqlər arasında həmişə seçimə sahib olublar.

    İndi isə şirkət bu cür sistemi kənar tətbiq mağazaları üçün də reallaşdırmağı planlaşdırır. Beləliklə Android 12-də kənar tətbiq platformalarından istifadə seçimi imkanı reallaşdırılacaq. Hal hazırda Android-də yeganə platforma Google Play-dir. Google şirkətinin əsas məqsədi Android istifadəçilərinə təkcə seçim imkanının verilməsində deyil həmçinin həmin istifadəçilərin təhlükəsizliklərinin təmin olunmasındadır. Gözləntilərə əsasən kənar tətbiq platformalarından istifadə imkanı Android 12-nin əsas özəlliklərindən biri olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilərin Android 11-də gözlədikləri yeni funksiya Android 12-yə əlavə edi..

Hər bir yeni Android əməliyyat sisteminin beta versiyasına yeni funksiyalar əlavə edilir. Lakin həmi..


Hansı Apple cihazları iOS 15 dəstəyinə sahib olmayacaqlar? (SİYAHI)

Keçən il olduğu kimi bu il də İsrailin The Verifier saytı Apple şirkətinin smartfonlar üçün hələ təq..


Microsoft şirkətinin Defender adlı antivirus tətbiqi bundan sonra fərdi şəkildə ..

Microsoft şirkəti təhlükəsizlik barəsində rəsmi bloqunda Defender antivirusu ilə bağlı yeni məlumat ..


One UI 3.1 istifadəçi interfeysli Android 11-i hansı Samsung smartfonları əldə e..

Samsung One UI 3.1 istifadəçi interfeysi keçən həftə təqdim edilmiş Galaxy S21 seriyasının smartfonl..


İnsayderlər: Google servisləri Honor şirkətinin smartfonlarına geri dönəcəklər..

2019-cu ildə Huawei şirkəti ABŞ-ın Ticarət Nazirliyinin qara siyahısına daxil ediləndən sonra o, Goo..


Android 12-yə smartfonlardakı yaddaşa qənaət üçün faydalı funksiya əlavə edilə b..

Yaxın aylarda Android 12 əməliyyat sisteminin ilk beta versiyasının təqdim olunacağı gözlənilir...

×