
Google şirkəti mobil proqram təminatı yaradıcıları üçün Now in Android tətbiqini istifadəyə verib
Əməliyyat sistemləri
Proqram Təminatı
11.11.2022
Emil Nəcəfov
Now in Android Google şirkətinin açıq mənbəli koda sahib layihəsidir və o, mobil proqram təminatı yaradanlar və həvəskar şəxslər üçün nəzərdə tutulub. Sözügedən tətbiq daha əvvəlki həll üsullarının aradan qaldıra bilmədikləri problemlər üçün digər həll yollarını axtarmaqda yardımçı olur. İndi isə bu tətbiq hamı üçün Google Play-də istifadəyə verilib. Now in Android tətbiqi Kotlin və Jetpack Compose kitabxanalarının istifadəsi lə hazırlanıb. Tətbiq daxilində tərtibatçılar ilə əlaqə komandasının yaratmış olduğu aktual video və məqalələri tapmaq olar.
.png)
Həmin materiallar istifadəçi interfeysinin yaradılmasını daha yaxşı anlamaqda yardımçı olacaqlar. Bundan əlavə olaraq istifadəçi tətbiq daxilində ayrı-ayrı mövzuları və müəllifləri də izləyə bilər. Tətbiq yaradıcılarının sözlərinə əsasən Now in Android-in əsas məqsədlərindən biri də tərtibatçılara Android dünyasında baş verən yeniliklərdən xəbərdar olmaqda yardımçı olmaqdır. Bunun üçün isə sözügedən tətbiqdə daimi şəkildə Android ilə bağlı yeni xəbərlər təqdim ediləcək.
Linki kopyala
Həftənin xəbərləri

