main-post-cover

    Google tərtibatçılara zənglərin yazılması funksiyasının tətbiqlərə inteqrasiya etməyi qadağan edəcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    21.04.2022
    Emil Nəcəfov
        Google şirkəti Android tərtibatçılara tətbiqlərə zənglərin yazılması funksiyasının inteqrasiya edilməsini qadağan edəcək. Bu istiqamətdə Google Play Store-un siyasətində bəzi dəyişikliklər reallaşdırılacaq. Reallaşdırılacaq dəyişikliklər 11 may tarixindən qüvvəyə minəcəklər. Beləliklə Google Play Store-un siyasətində reallaşdırılacaq dəyişikliklərə əsasən kənar tərtibatçılara öz tətbiqlərində zənglərin yazılması funksiyasının reallaşdırılması üçün xüsusi imkanlar API-dan istifadə qadağan ediləcək. Maraqlısı ondadır ki, bu qadağa yalnız kənar tətbiqləri əhatə edəcək. Yəni qüvvəyə minəcək qadağa cihazın öz sistemində mövcud olan bu cür funksiyaya şamil edilməyəcək.
        Məsələn Google Pixel smartfonlarının sistemlərində bu cür funksiya mövcuddur və qəbul edilmiş qadağa həmin smatfonları əhatə etməyəcək. Qeyd etmək lazımdır ki, Google artıq uzun illərdir ki, öz platformasında zənglərin yazılması funksiyasının reallaşdırılması cəhdlərinin qarşısını almağa çalışır. Belə ki, hələ Andorid 6.0 əməliyyat sistemində şirkət zənglərin yazılması üzrə xüsusi API-ı deaktiv etmişdi. Həmin API vasitəsilə tərtibatçılar öz tətbiqlərinə rahatlıqla zənglərin yazılması funksiyasını inteqrasiya edə bilirdilər.
        API-ın deaktiv edilməsindən sonra isə tərtibatçılar öz tətbiqlərində sözügedən funksiyanı reallaşdırmaq üçün müxtəlif üsulların axtarışlarına başladılar. Android 9.0Android 10 əməliyyat sistemlərində zənglərin yazılması funkiyasının reallaşdırılması getdikcə çətinləşirdi. Görünür, şirkət tərəfindən qəbul edilmiş qadağalar kənar tətbiqləri bu funksiyadan ümumiyyətlə məhrum edəcəklər. Bununla belə şirkət sözügedən funksiyaya sahib tətbiqlərin 11 maydan sonra aqibətlərinin necə olacağı barəsində məlumat verməyib. Heç istisna deyil ki, həmin tətbiqlər sadəcə olaraq Google Play Store-dan silinəcəklər. Buna baxmayaraq istifadəçilər həmin tətbiqləri kənar resurslardan yükləmə imkanına sahib olacaqlar.
    Linki kopyala