Logo
    main-post-cover

    Hansı iPad modelləri iPadOS 17-ni əldə etməyəcəklər?

        İyun ayında baş tutacaq WWDC 2023 konfransı çərçivəsində Apple şirkəti öz əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcək. Onlardan biri də iPadOS 17 olacaq. İndi isə internetdə iPadOS 17-ni əldə etməyəcək iPad modellərinin siyahısı ortaya çıxıb. Məlumata əsasən Apple bu il 4 iPad modeli üçün iPadOS 17-ni istifadəyə verməyi planlaşdırmır. Həmin siyahı aşağıdakı kimidir.
    - iPad Pro (2017)
    - iPad Air (3-cü nəsil)
    - iPad (6-cı nəsil)
    - iPad mini (5-ci nəsil).
        Sözügedən planşet modelləri üçün iPadOS 17-nin istifadəyə verilməyəcəyi halda bu, onların dəstəklərinin tamamilə dayandırılacağı demək deyil. Şirkət onlar üçün təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edəcək.
    Paylaş
    Bənzər xəbərlər