
Hansı iPhone-ların iOS 17-ni əldə etməyəcəkləri məlum olub
Əməliyyat sistemləri
05.04.2023
Emil
Apple şirkəti öz məhsullarının uzun müddət ərzində dəstəklənməsi ilə məşhurdur. Lakin bu və ya digər məhsulun dəstəyi gec-tez yekunlaşır. Bu il də istisna olmayacaq. Belə ki, MacRumors saytı bu il iOS 17 əməliyyat sistemini əldə etmyəcək Apple cihazlarının siyahısını təqdim edib. Verilmiş məlumata əsasən Apple A11 Bionic və ondan daha öncə təqdim edilmiş prosessorlar vasitəsilə çalışan iPhone və iPad modelləri bu il iOS 17-ni əldə etmyəcəklər. Bu siyahıya iPhone 8, iPhone 8 Plus və iPhone X smartfonları ilə ikinci nəsil iPad, 9.7 və 12.9 düym ekranlara sahib birinci nəsil iPad Pro planşetləri daxildirlər.
Bütün bu cihazlar 2015-ci ilin noyabr ayından 2017-ci ilin noyabr ayına kimi təqdim olunublar. İnsayderlərin sözlərinə əsasən Apple şirkətinin dəstəkləri dayandırılmış cihazlarını əhatə edən qara siyahıda bəzi dəyişikliklər də olacaq. Məlumata əsasən A10 Fusion prosessoru vasitəsilə çalışan altıncı və yeddinci nəsil iPad modelləri, o cümlədən 10.5 və 12.9 düym ekranlara sahib ikinci nəsil iPad Pro planşetləri bu il iPadOS 17-ni əldə edəcəklər. Qeyd etmək lazımdır ki, iOS 17 ilə iPadOS 17-nin təqdimatı iyun ayında keçiriləcək WWDC 2023 konfransında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər