
HarmonyOS 4-ü dəstəkləyəcək cihazların siyahısı təqdim olunub
Əməliyyat sistemləri
07.08.2023
Emil
HarmonyOS 4-ün təqdimatından dərhal sonra Huawei şirkəti yeni əməliyyat sisteminin ictimai beta testinə start verildiyini elan etdi. Bununla yanaşı şirkət yeni əməliyyat sisteminin dəstəyini əldə edəcək cihazların siyahısını da təqdim edib və siyahı çox genişdir. HarmonyOS 4-ün ictimai betası 3 qrupa bölünüb. Birinci qrupa smartfon və planşetlərdən ibarət ümumi 34 ədəd cihaz daxil olub. Birinci qrupa daxil olan cihazlar üçün əməliyyat sisteminin beta versiyası bugündən başlayaraq istifadəyə verilir.
İkinci qrupa 35 ədəd cihaz daxil olub və onların arasında hətta 2019-cu ildə satışa çıxmış Huawei nova 6 smartfonu da var. İkinci qrupa daxil olan cihazlar üçün də beta testə bugündən start verilir. Lakin ikinci qrupdakı cihazlar üçün beta test hələ ki, qapalı şəkildə keçiriləcək. Buna görə də ikinci qrupa daxil olan cihazların istifadəçiləri şirkətə beta testdə iştirak sorğusunu göndərməli olacaqlar. Üçüncü qrupa daxil olan cihazlar üçün əməliyyat sisteminin beta versiyası bu ilin sentyabr ayından dekabr ayına kimi təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər