HarmonyOS-i əldə edəcək ilk Huawei smartfonları məlum olub

HarmonyOS-i əldə edəcək ilk Huawei smartfonları məlum olub

Əməliyyat sistemləri
23.02.2021 PAYLAŞIM

    Huawei hələ keçən il təsdiqləmişdi ki, onun smartfonları fərdi HarmonyOS əməliyyat sisteminə keçid edəcəklər. İndi isə şirkət bu əməliyyat sisteminin mobil versiyasının nə zaman işıq üzü görəcəyini və hansı smartfon modellərinin onu dəqiq şəkildə əldə edəcəklərini açıqlayıb. Beləliklə şirkətin verdiyi rəsmi məlumata əsasən HarmonyOS-in mobil versiyası aprel ayında istifadəyə veriləcək. Bu əməliyyat sistemini ilk olaraq yenicə təqdim edilmiş qatlana bilən Mate X2 smartfonu əldə edəcək.


    Bundan əlavə olaraq yaxın bir neçə ay ərzində təqdim ediləcək Huawei P50 smartfon seriyası da HarmonyOS əməliyyat sisteminə sahib olacaq. Huawei potensial olaraq öz əməliyyat sistemini IoT (Internet of Things) və smart televizorlar seqmenti üçün nəzərdə tutulmuş universal həll yolu kimi görür. Lakin şirkət dəfələrlə qeyd edib ki, HarmonyOS həmçinin avtomobillərdə, smart saatlarda, smartfonlarda və digər müxtəif cihazlarda istifadə oluna bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12 Developer Preview təqdim olunub

Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş (Android 12 Developer Preview) ilk..


Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Google şirkəti Android-in yeni versiyasını hələ təqdim etməyib. Lakin internetdə onun barəsində məlu..


Android 12-nin nə zaman təqdim olunacağı barəsində məlumat verilib

Bir neçə gün bundan öncə XDA-Developers saytı Android 12 əməliyyat sisteminin ilk fotolarını təqdim ..


Android 12 interfeysinin ilk fotoları sızdırılıb

Google tərəfindən rəsmi anonsu gözləmədən insayderlər artıq Android 12 əməliyyat sisteminin screensh..


Android-də istifadəçi məlumatlarının yığılmasının və izlənməsinin deaktiv edilmə..

Bir neçə müddət bundan öncə Apple şirkəti bildirmişdi ki, iOS-ə yeni funksiya əlavə ediləcək və həmi..


Xiaomi öz smartfonlarında Google servislərinin bloklanması məsələsinə aydınlıq g..

Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, MIUI 12.5 yenilənməsinin istifadəyə verilməsi i..

×