HarmonyOS-i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

HarmonyOS-i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Əməliyyat sistemləri
22.03.2021 PAYLAŞIM

    Huawei şirkəti adi istifadəçilər arasında HarmonyOS əməliyyat sisteminin istifadəyə verilməsinə hazırlaşır. İnternetdə artıq yaxın zamanda sözügedən əməliyyat sistemini ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb. Bundan əlavə olaraq insayderlər yaxın gəlcəkdə hansı smartfonların HarmonyOS-i əldə edəcəkləri barəsində məlumatlar da veriblər. Beləliklə verilmiş məlumata əsasən gələn ay HarmonyOS növbəti smartfonlarda istifadəyə veriləcək:

    Huawei Mate X2, Mate 40, Mate 40 Pro, Mate 40 Pro+, P40, P40 ProP40 Pro+. Daha sonra əməliyyat sistemi EMUI 11Magic UI 4 istifadəçi interfeysləri vasitəsilə çalışan smartfonlarda istifadəyə veriləcək. Bundan əlavə olaraq EMUI 10.1Magic UI 3.1 interfeysləri vasitəsilə çalışan cihazların da HarmonyOS-i əldə edəcəkləri gözlənilir. Bu smartfonlar siyahısına Huawei Nova 7 SE, Honor 30S, Honor X10 və s. modellər daxildirlər.


    İnayderlər bildiriblər ki, MediaTek prosessorları vasitəsilə çalışan smatfonlar yeni əməliyyat sistemini əldə etməyəcəklər. İstisna olaraq yalnız Honor V40 smartfonu çıxış edəcək. Qeyd etmək lazımdır ki, bu smartfon Honor brendinin Huawei tərkibindən çıxaraq müstəqil şirkətə çevrilməsindən sonra təqdim olunmuşdu. Məlumata əsasən bu il ümumilikdə 300 milyon cihaz HarmonyOS-i əldə etməlidir. Bura smartfonlar, planşetlər, smart saatlar, avtomobil sistemləri və ağıllı məişət texnikası daxildir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android tərtibatçıları istifadəçilərə tətbiqlərin hansı məlumatları yığdıqlarını..

Google elan edib ki, Google Play-də xüsusi təhlükəsizlik bölməsi istifadəyə veriləcək və Android üçü..


HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən Ha..


Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi bar..


Xiaomi yeni MIUI funksiyası sayəsində köhnə smartfonlarını sürətləndirə biləcək..

Digital Chat Station ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Xiaomi şirkəti MIUI ist..


Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub (VİDEO)..

Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiya..


Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti ve..

×