HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

HarmonyOS-in Google servislərini dəstəklədiyi məlum olub

Əməliyyat sistemləri
03.05.2021 PAYLAŞIM

    Keçən ilin sentyabr ayında Huawei şirkəti smartfonlarla və digər smart cihazlarla uyğunlaşa bilən HarmonyOS 2.0 əməliyyat sistemini təqdim etmişdi. Bununla belə şirkət bir dəfəlik Android-dən imtina etmək niyyətində deyil və hər dəfə bildirir ki, onun fərdi əməliyyat sistemi Android-i əvəzləmək üçün nəzərdə tutulmayıb. Bu, heç də təəccüblü deyil. Belə ki, HarmonyOS əməliyyat sistemi Android-i xatırladır və hətta onun bir sıra funksiyalarına sahibdir. Həmçinin bu iki əməliyyat sistemi eyni nüvədən ibarətdir.


    Hal hazırda HarmonyOS 2.0 beta test mərhələsindən keçir və onun üstünlüklərindən hələ ki, yalnız proqram təminatı tərtibatçıları yararlana bilərlər. Bunun nəticəsində HarmonyOS ilə Android-in eyni mühitə sahib olduqlarını sübut etmək mümkün olub. Məlum olub ki, HarmonyOS-in beta versiyası Google servislərinin dəstəyinə sahibdir. HarmonyOS-in beta versiyasının Huawei Mate 40 Pro+ smartfon modelində testi zamanı bu faktı qeyd etmək mümkün olub. Çinli tərtibatçıların sözlərinə əsasən onlar HarmonyOS ilə çalışan smartfona Google servislərini quraşdırmağa çalışıblar və onlarda hər şey alınıb.

    Sübut olaraq onlar Google Play platformasında edilmiş screenshotları təqdim ediblər. Maraqlısı ondadır ki, Huawei şirkəti daha öncə HarmonyOS-in Google servislərini dəstəkləməsi barəsində heç bir məlumat verməmişdi. Bundan əlavə olaraq şirkət özünün HMS (Huawei Mobile Services) servislərini inkişaf etdirir və bunun üçün külli miqdarda investisiyalar yatırır. Buna baxmayaraq Google servislərinin HarmonyOS-də dəstəklənməsi hər iki əməliyyat sisteminin eyni mühitə sahib olduğunu göstərir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti köhnə iPhone modellərini iOS 15-in eksklüziv funksiyalarından məhr..

iOS 15 əməliyyat sisteminin iPhone 6s modeli üçün də təqdim olunacağına baxmayaraq onun bir çox funk..


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...

×