Logo
    main-post-cover

    HarmonyOS-in nüvəsi mobil əməliyyat sistemləri arasında ən təhlükəsiz nüvə statusunu əldə edib

        Hal hazırda Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çoxlu sayda smartfon, smart saat, avtomobil və digər növ elektron cihazlar çalışırlar. Məlum olub ki, sözügedən əməliyyat sisteminin nüvəsi EAL6+ təhlükəsizlik standartı üzrə sertifikatlaşdırmadan keçib. Bu sertifikatlaşdırma standartı əməliyyat sistemi nüvəsinin ən yüksək səviyyədə təhlükəsizliyə sahib olmasından xəbər verir.
        HarmonyOS isə mobil ıəməliyyat sistemləri arasında bu cür nailiyyəti əldə etmiş ilk əməliyyat sistemi oldu. Əməliyyat sisteminin nüvəsi SGS Brightsight şirkətinin mütəxəssisləri tərəfindən test edilib. Aparılmış testlər nəticəsində əməliyyat sistemi EAL6+ qiymətləndirməsini əldə edib. Qeyd etmək lazımdır ki, daha öncə eyni qiymətləndirməni ABŞ Müdafiə Nazirliyi üçün hazırlanmış əməliyyat sistemi əldə etmişdi. Həmin əməliyyat sistemi vasitəsilə NASA kosmik aparatları idarə edir.
    Paylaş
    Bənzər xəbərlər