Honor şirkəti proqram təminatı məsələsində birbaşa Apple ilə rəqabət aparmaq niyyətindədir

Honor şirkəti proqram təminatı məsələsində birbaşa Apple ilə rəqabət aparmaq niyyətindədir

Əməliyyat sistemləri
01.05.2023 PAYLAŞIM

    Huawei şirkətindən ayrılaraq müstəqillik qazanmış Honor şirkəti öz qarşısına iddialı məqsədlər qoyub. Belə ki, Çindən olan bu şirkət Xiaomi və ya Samsung ilə deyil, birbaşa Apple ilə rəqabət aparmaq niyyətindədir. Honor-un general direktorunun sözlərinə əsasən şirkət özünün MagicOS interfeysini təkmilləşdirərək Apple şirkətinin iOS əməliyyat sistemi ilə rəqabət aparmağı və MagicOS-i iOS-dən daha yaxşı vəziyyətə gətirməyi hədəfləyib.

    General direktorun sözlərinə əsasən Apple smartfonları Android smartfonları ilə müqayisədə aşağı texniki göstəricilərə, köhnəlmiş dizayna və bir dəfə şarj olunandan sonra daha az müddət ərzində çalışma özəlliyinə sahibdirlər. Lakin insanlar bütün bunlara baxmayaraq iOS və Apple eksosistemi səbəbilə yenə də iPhone smartfonlarını seçirlər. Bu səbəbdən də Honor şirkəti gələcək MagicOS versiyalarını ciddi şəkildə yaxşılaşdırmaq və zəngin ekosistem yaratmaq niyyətindədir.




DAHA ÇOX


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..


Apple iOS 17 əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində iOS 17 əməliyyat sistemini təqdim edib.


Windows 11-in əməliyyat sistemləri bazarındakı payı aşağı düşüb

Statcounter adlı analitik şirkət geridə qalmış ay üzrə Windows versiyalarının istifadəçilər arasında..

×