Logo
    main-post-cover

    Huawei HarmonyOS 4-ün təqdimatını anons edib

        Huawei şirkəti özünün HarmonyOS əməliyyat sistemini inkişaf etdirməkdə davam edir və artıq onun növbəti versiyasının təqdimatını anons edib. Söhbət, HarmonyOS 4-dən gedir. Şirkətin verdiyi məlumata əsasən əməliyyat sisteminin yeni versiyası 4-6 avqust tarixlərində tərtibatçılar üçün keçiriləcək HDC 2023 konfransı çərçivəsində təqdim ediləcək. HarmonyOS 4-ü artıq test etmiş şəxslərin sözlərinə əsasən o, əvvəlki HarmonyOS versiyaları ilə müqayisədə daha yaxşı çalışır. Gözləntilərə əsasən HarmonyOS 4-ü əldə edəcək ilk smartfonlar Mate 60 smartfonları olacaqlar.
    Paylaş
    Bənzər xəbərlər