Logo
    main-post-cover

    Huawei HarmonyOS NEXT əməliyyat sistemini anons edib

        Huawei şirkəti yalnız tərtibatçılar üçün nəzərdə tutulmuş HarmonyOS NEXT adlı əməliyyat sistemini anons edib. Məlumatda qeyd edilib ki, sözügedən yeni əməliyyat sisteminin əsas fərqləndirici özəlliyi Android-dən tamamilə imtina olacaq. HarmonyOS NEXT istifadəçi interfeysi və baza funksiyalar baxımından standart HarmonyOS ilə eynidir. Lakin bununla belə HarmonyOS NEXT Android kitabxanalarından istifadə etmir və bir qayda olaraq APK faylları aça bilmir.
        Bu əməliyyat sistemi yalnız özəl HAP formatı ilə çalışmaq üçün nəzərdə tutulub. Çox güman ki, Huawei tədricən AOSP-dən (Android Open Source Project) imtina etməyi hədəfləyib. Şirkət bildirib ki, HarmonyOS NEXT bu ay ərzində məhdud sayda tərtibatçı üçün istifadəyə veriləcək. Lakin gələn ilin aprel ayından başlayaraq istənilən tərtibatçı ondan faydalana biləcək. Analitiklərin fikirlərinə əsasən şirkət bu üsul ilə kənar servislərdən asılı olmayacaq tətbiqlər ekosistemini hazırlamağı planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər