Logo
    main-post-cover

    Huawei məlumatların göndərilməsi üçün Nearlink adlı yeni texnologiyanı təqdim edib

        Huawei HarmonyOS 4-ün təqdimatı çərçivəsində bu yeni əməliyyat sisteminin əsas yeniliklərindən birini də təqdim edib. Söhbət, məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş NearLink adlı texnologiyadan gedir. Şirkət onun məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş digər analoqlardan nə ilə fərqləndiyindən danışıb. Məlumatda qeyd edilib ki, NearLink adlı texnologiya özündə Bluetooth Wi-Fi texnologiyalarının bütün üstünlüklərini birləşdirir. Bununla belə o, enerji baxımından 60% daha effektivdir və digər analoqlardan fərqli olaraq 6 dəfə daha sürətli və stabil çalışır. Bununla yanaşı sözügedən yeni texnologiya daha geniş çalışma radiusuna sahibdir. Huawei NearLink-i smartfonlarda, kompüterlərdə, avtomobillərdə, smart saatlarda, smart evlərdə və məişət texnikasında istifadə etməyi planlaşdırır.
    Paylaş
    Bənzər xəbərlər