Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər: Bu halda onu nə əvəz edəcək?

Huawei özünün EMUI istifadəçi interfeysindən imtina edə bilər: Bu halda onu nə əvəz edəcək?

Əməliyyat sistemləri
28.10.2020 PAYLAŞIM

    Huawei şirkəti özünün HarmonyOS adlı əməliyyat sisteminin inkişafını aktiv şəkildə davam etdirir. Şirkət dəfələrlə qeyd edib ki, bu yeni ekosistem özündə təkcə smartfonları deyil həmçinin bir çox müxtəlif növ cihazı da birləşdirəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə öz smartfonlarını HarmonyOS-ə keçirtməklə Huawei şirkəti EMUI interfeysindən imtina edəcək. Bu barədə GSMarena saytı xəbər verib. Jurnalistlərlə olmuş müsahibə çərçivəsində Huawei şirkətinin proqram təminatı şöbəsinin rəhbəri Wang Chenglu bildirib ki, EMUI 11 interfeysi HarmonyOS ilə eyni struktura sahibdir. Bu isə o deməkdir ki, Huawei smartfonlarının yeni əməliyyat sisteminə keçid etmələrində heç bir problem olmayacaq. HarmonyOS ilə çalışan ilk Huawei smartfonunun gələn il satışa çıxacağı gözlənilir.

    İnsayderlər isə xəbər veriblər ki, şirkət EMUI 12-nin təqdim olunmasını planlaşdırmır. Belə ki, sözügedən istifadəçi interfeysini HrmonyOS əvəz etməlidir. Daha əvvəllər şirkət HarmonyOS-in smartfonlar üçün nəzərdə tutulmuş əməliyyat sisteminin olmadığını və Android-in öz cihazlarında yayılması üçün Google ilə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etmiş olsa da sonradan məlum oldu ki, şirkət EMUI 11 interfeysi ilə çalışan Huawei smartfonlarını HarmonyOS-ə keçirtməyi planlaşdırır. Hal hazırda Huawei şirkətinin fərdi əməliyyat sisteminin beta versiyası televizorlarda istifadə olunur və digər cihazlarda test olunur. Perspektiv cəhətdən EMUI 11 vasitəsilə çalışan Huawei smartfonuna sahib istifadəçilər öz cihazlarını HarmonyOS 2.0-a kimi yeniləyə biləcəklər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-nin nə zaman təqdim olunacağı məlum olub

Google şirkəti şifrələnmiş mesaj yayımlayıb və həmin mesajda hər il keçirilən Google I/O tədbirinin ..


Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib..

Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində ..


Tim Cook iOS-də olan əsas məhdudiyyətlərdən birinin səbəbini açıqlayıb..

The New York Times ilə baş tutmuş böyük müsahibə çərçivəsində Apple şirkətinin CEO-su Tim Cook elekt..


Google Android tətbiqlər üçün təhlükəsizlik şərtlərini daha da sərtləşdirəcək..

Google şirkətinin fikrincə tərtibatçılar daha dürüst olmalıdırlar və öz rəqibləri ilə istifadəçiləri..


Android 12-də sürətli tərcümə funksiyası reallaşdırılacaq

Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş yeni beta versiyasında Google Lens Translate adlı..


HarmonyOS-i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Huawei şirkəti adi istifadəçilər arasında HarmonyOS əməliyyat sisteminin istifadəyə verilməsinə hazı..

×