
Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi uğurla kompüterdə işə salınıb (VİDEO)
Əməliyyat sistemləri
23.02.2023
Emil
Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi istifadəçilər arasında sürətlə məşhurlaşmağa davam edir. Sözügedən əməliyyat sistemi artıq bir çox cihazla uyğunlaşa bildiyini sərgiləyib. Bu siyahıya smartfonlar, smart saatlar, smart televizorlar, avtomobillər və s. daxildir. İndi isə məlum olub ki, çinli tərtibatçılardan biri HarmonyOS-i kompüterdə işə sala bilib. Təqdim edilmiş videodan belə qənaətə gəlmək olar ki, HP brendinə məxsus olan noutbuka HarmonyOS 3.2 Beta 3 quraşdırılıb. Əməliyyat sistemi işlək vəziyyətdə olsa da, qeyd edilib ki, HarmonyOS hələ kompüterlər üçün lazımi səviyyədə adaptasiya etdirilməyib.
Buna görə də o, kompüterdə ciddi əməliyyatları reallaşdıra bilmir. HarmonyOS-i noutbukda işə salmağı bacarmış çinli tərtibatçının sözlərinə əsasən o, USB, şəbəkə portu, SATA portu və noutbukun digər hardware interfeysləri üçün drayverləri optimizasiya etməyi bacarıb. Lakin HarmonyOS vasitəsilə çalışan noutbukda klaviatura ilə touchpad-ın çalışmasını ayarlamaq mümkün olmayıb. Bununla yanaşı sözügedən əməliyyat sistemi vasitəsilə çalışan noutbukda səs drayveri ilə videokartın adaptasiyası üçün çoxlu zaman lazımdır. GPU isə öz növbəsində HarmonyOS-ə sahib noutbukda ən zəif nöqtədir.
Paylaş
Bənzər xəbərlər