main-post-cover

    İnternetdə gələn il iOS 15-i əldə edəcək iPhone modellərinin siyahısı ortaya çıxıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    23.11.2020
    Farid Pardashunas
        Apple cihazlarının əsas üstünlüklərindən biri də odur ki, şirkət onların proqram təminatı dəstəklərini uzun müddət təmin edir. Məsələn, iOS 14 əməliyyat sistemini hətta 5 il bundan öncə satışa çıxmış iPhone modelləri də əldə ediblər. İnsayderlərin yeni məlumatlarına əsasən Apple şirkəti bu cür strategiyadan imtina etmək niyyətində deyil. İnternetdə gələn il iOS 15 əməliyyat sistemini əldə edəcək iPhone modellərinin təsdiqlənməmiş siyahısı ortaya çıxıb. Bu barədə Wccftech saytı xəbər verib. Beləliklə həmin siyahıya əsasən aşağıdakı iPhone modelləri gələn il iOS 15-i əldə edəcəklər:
    - iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro, iPhone 12 Pro Max
    - iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max
    - iPhone XR, iPhone XS, iPhone XS Max
    - iPhone X
    - iPhone 8 Plus, iPhone 8
    - iPhone 7 Plus, iPhone 7
    - iPhone SE (2020).
        Bu siyahıdan belə qənaətə gəlmək olar ki, gələn il şirkət iPhone 6S, iPhone 6S Plus iPhone SE modellərinin dəstəklərini dayandıracaq. Qeyd etmək lazımdır ki, ortaya çıxmış bu məlumat rəsmi şəkildə təsdiqlənməyib və gələn ilki iOS 15-in istifadəyə verilməsinə kimi siyahı tamamilə dəyişə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər