main-post-cover

    iOS 14-ün faydalı funksiyası Android-ə əlavə edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    21.07.2020
    Farid Pardashunas
        iOS 14-də bir çox faydalı funksiyalar reallaşdırılıb. Lakin həmin funksiyaların əksəriyyəti uzun müddətdir ki, Android-də mövcuddur. Buna baxmayaraq iOS 14 özünün unikal özəlliklərini də əldə edib. Onlardan biri də tətbiqlər tərəfindən mikrofon və kameranın istifadəsini göstərən indikatorlardır. Kənar tərtibatçıların səyləri nəticəsində bu faydalı funksiya Android-ə də əlavə edilib. Bu barədə XDA-Developers saytı xəbər verib.
    iOS 14
        iOS 14-də hansısa tətbiq kameradan və ya mikrofondan istifadə edən zaman ekranın yuxarı sağ hissəsində bunu istifadəçiyə bildirən yaşıl və ya narıncı rəngli indikatorlar ortaya çıxır. Tətbiqlər hətta fon rejimində də mikforon və kameralardan istifadə etsələr istifadəçi bu indikatorlar vasitəsilə bundan xəbər tutacq. Android-də bu problem daha aktualdır. Belə ki, Android-də olan bir çox tətbiqlər mikrofon ilə kameraların dəstəyini tələb edirlər və çox zaman bunun nə üçün edildiyi bilinmir.
        Access Dots adlı tətbiq XDA-Developers tərtibatçılarından biri tərəfindən hazırlanıb. Tətbiqin çalışma prinsipi iOS 14-dəki funksiyanın çalışma prinsipi ilə eynidir. Tətbiqdən istifadə qaydası çox sadədir. Tətbiq vasitəsilə əks olunan indikatorun ölçüsünü və ekrandakı yerini tənzimləmək olar. Bununla yanaşı Access Dots tətbiqi mikrofon və kamera dəstəyini tələb etmir. Sözügedən tətbiq Android 7.0 və daha yuxarı versiyalar üçün aktivdir. Tətbiqi hələki yalnız XDA-Developers saytından yükləmək olar. Lakin onun yaxın zamanda Google Play-ə əlavə ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər