Logo
    main-post-cover

    iOS 17-də istifadəçilərin reklamçıların izlənmələrindən qorunması funksiyası olacaq

        Apple şirkəti öz istifadəçilərini izlənmələrdən qoruyaraq reklamçıların işlərini qəlizləşdirməyə davam edir. Bu ayın əvvəlində Apple bildirmişdi ki, iPadOS 17 macOS Sonoma əməliyyat sistemlərində sistem istifadəçi tərəfindən kopyalanan URL ünvanların izlənmə elementlərinə sahib olub-olmadıqlarını avtomatik şəkildə yoxlayacaq. İndi isə məlum olub ki, eyni funksiya həmçinin iOS 17-də də istifadəyə veriləcək. Bəzən bu və ya digər saytın URL ünvanını kopyalayan zaman görmək olar ki, URL ünvanda sayta keçid üçün olan birbaşa link ilə birlikdə əlavə simvollar da mövcuddur.
        Bu cür simvollar reklamçılara istifadəçilərin daxil olduqları saytların tarixçələrini izləməyə imkan verirlər. Beləliklə reklamçılar istifadəçinin hansı saytdan hansı sayta keçid etdiyini anlayırlar. Apple şirkətinin smartfonları, planşetləri və kompüterləri üçün nəzərdə tutulmuş əməliyyat sistemlərinin yeni versiyalarında sistemlər URL ünvanlardakı əlavə simvolları təyin edərək onları silə biləcəklər. Nəticədə reklamçılar istifadəçinin daxil olduğu saytların tarixçələrini izləyə bilməyəcəklər.
    Paylaş
    Bənzər xəbərlər