Logo
    main-post-cover

    iOS 17-də mobil oyunlar üçün nəzərdə tutulmuş oyun rejimi istifadəyə verilə bilər

        iOS 17-nin tərtibatçılar üçün nəzərdə tutulmuş dördüncü beta versiyasında maraqlı bir yenilik aşkar edilib. Söhbət, oyun rejimindən cavabdeh olan framework-ların aşkar edilməsindən gedir. Həmin framework-lar macOS Sonoma-da reallaşdırılmış oyun rejiminin framework-larına bənzəyirlər. Məlumata əsasən sözügedən oyun rejimi mobil oyunlarda performans göstəricilərinin yüksəlməsi istiqamətində smartfonun sistem ayarlarının optimizasiyası üçün nəzərdə tutulub.
        Məlumata əsasən Apple hal hazırda mobil oyunlar zamanı öz smarttfonlarının çalışma sürətlərinin yüksəldilməsi imkanlarını nəzərdən keçirir. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, oyun rejimi həmçinin Bluetooth vasitəsilə ötürülən siqnalların gecikmələrini aşağı sala bilər. Bu isə öz növbəsində mobil oyunlar zamanı AirPods qulaqlıqlarından və ya xüsusi naqilsiz gamepadlardan istifadə edənlər üçün yaxşı xəbərdir. Oyun rejiminin nəticə etibarilə dəqiq şəkildə iOS 17-də olub-olmayacağını söyləmək çətindir. Şirkət bu cür yenilikdən ümumiyyətlə imtina edə bilər. Belə ki, onun şirkət daxilindəki testlərdə özünü necə sərgiləyəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər