
iOS 17-nin 8-ci beta versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
30.08.2023
Emil
Apple şirkəti iOS 17 əməliyyat sisteminin beta testini keçirtməyə davam edir. Bir neçə müddət bundan öncə Apple sözügedən əməliyyat sisteminin 7-ci beta versiyasını istifadəyə vermişdi. İndi isə məlum olub ki, iOS 17-nin 8-ci beta versiyası istifadəyə verilib. iOS 17 Beta 8-i artıq tərtibatçılar və Apple Beta Software Program-da qeydiyyatdan keçmiş istifadəçilər test edə bilərlər. Qeyd etmək lazımdır ki, iOS 17-nin stabil versiyasının gələn ay istifadəyə veriləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər