Logo
    main-post-cover

    iOS 17-nin ilk ictimai beta versiyası istifadəyə verilib

        Apple şirkəti iOS 17-nin ilk ictimai beta versiyasını istifadəyə verib. Bu əməliyyat sisteminin tələblərinə uyğun olan iPhone modellərinin istifadəçiləri artıq iOS 17-ni test edə bilərlər. iOS 17-nin ilk ictimai beta versiyasını test etmək istəyənlərə ilk növbədə məlumatların iTunes və ya iCloud üzərindən ehtiyat kopyalarının yaradılması məsləhət görülür. Belə ki, iOS 17-nin beta versiyası stabil çalışmaya bilər. Bu isə öz növbəsində məlumatların itirilməsinə səbəb olacaq. Məlumatların ehtiyat kopyalarının yaradılmasından sonra istifadəçi 3 addımı atmalı olacaq. Həmin addımlar aşağıdakılardır.
    - Apple şirkətinin beta test proqramı üçün olan saytında qeydiyyatdan keçmək
    - Settings -> General -> Software Update girişini reallaşdırıb Beta Updates bölməsinə keçid etmək
    - Keçid edilmiş bölmədə iOS 17 Public Beta-nı seçib smartfonu yenidən işə salmaq və ayarların həmin hissəsində yenilənməni yükləmək.
    Əməliyyat sisteminin daha öncəki stabil versiyasına geri dönmək üçün isə yüklənmiş beta test profilini sadəcə olaraq silmək lazım gələcək.
    Paylaş
    Bənzər xəbərlər