
iOS 17-nin yeni beta versiyasında AirDrop-un yeni funksiyası istifadəyə verilib (VİDEO)
Əməliyyat sistemləri
22.06.2023
Emil
Apple şirkəti iOS 17-nin tərtibatçılar üçün təqdim edilmiş ikinci beta versiyasında məlumatların mübadiləsi üçün nəzərdə tutulmuş AirDrop servisinin yeni funksiyasını istifadəyə verib. Yeni funksiya öz növbəsində məlumatların tamamilə yeni üsul vasitəsilə bir cihazdan digərinə ötürülməsini mümkün edir. Funksiyanı test etmiş şəxslərin sözlərinə əsasən bu əsl möcüzədir. Beləliklə iOS 17 çərçivəsində bir iPhone-dakı məlumatların digər iPhone-a AirDrop vasitəsilə ötürülməsi üçün sadəcə olaraq iki smartfonu gövdənin yuxarı hissəsi tərəfindən bir-birinə yaxınlaşdırmaq lazımdır.

Bu halda smartfonlar avtomatik olaraq bir-biriləri sinxronlaşacaqlar və məlumatlar bir iPhone-dan digər iPhone-a ötürüləcək. Bununla belə ötürülmə prosesi effektivli animasiya ilə müşayiət edilir. Bu cür üsul ilə fotoların və digər faylların ötürülməsi mümkün olsa da, Apple onu ilk növbədə kontaktların ötürülməsi üçün hazırlayıb. Qeyd etmək lazımdır ki, bu cür üsul vasitəsilə təkcə iPhone-dan iPhone-a deyil, həmçinin iPhone-dan Apple Watch-a da məlumat ötürmək mümkündür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
