
iOS 17 smartfonun blokdan çıxarılma şifrəsinin unudulması problemini aradan qaldıracaq
Əməliyyat sistemləri
19.06.2023
Emil
Bir neçə gün bundan öncə Apple şirkəti iOS 17-nin tərtibatçılar üçün nəzərdə tutulmuş test versiyasını təqdim etmişdi. Tərtibatçılar isə iOS 17-də yeni funskiyaların axtarışı ilə məşğuldurlar. Məlum olub ki, aşkar edilmiş yeni funksiya smartfonun blokdan çıxarılması üçün nəzərdə tutulmuş yeni şifrəni unudan istifadəçilər üçün faydalı olacaq. Təqdim edilmiş screenshot fotolara əsasən istifadəçi yeni şifrəni unutduğu halda onu 72 saat ərzində sıfırlamaq imkanına sahib olacaq.
Bu müddət ərzində istifadəçi yeni şifrədən öncə olmuş şifrəni daxil etməklə smartfona girişi bərpa edə biləcək. Əgər daha öncəki şifrə də unudulubsa, o zaman istifadəçi smartfona girişin bərpası üçün olan ənənəvi sıfırlama üsuldan istifadə etməli olacaq. Hal hazırda sözügedən funksiya beta test mərhələsindədir və o, iOS 17-nin stabil versiyasına daxil ediləcək. Əməliyyat sisteminin stabil versiyasının isə sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər