Logo
    main-post-cover

    iOS əməliyyat sisteminin ilkin test versiyaları bundan sonra pullu olacaq

        Apple şirkəti iOS-in tərtibatçılar üçün nəzərdə tutulmuş ilkin versiyalarının istifadəyə verilməsi siyasətində dəyişikliklər edib. Belə ki, iOS 16.4 iPadOS 16.4-dən başlayaraq iOS-in ilkin versiyalarını əldə etmək istəyən istifadəçilər (və ya tərtibatçılar) müəyyən miqdarda ödəniş etməli olacaqlar. Bu isə o deməkdir ki, iOS-in tərtibatçılar üçün nəzərdə tutulmuş ilkin versiyaları pullu olacaq. Qeyd etmək lazımdır ki, daha öncə iOS-in ilkin versiyalarını əldə etmək üçün istifadəçi tərtibatçı hesabına sahib olmalı idi. Tərtibatçı hesabını isə istənilən Apple məhsulunda qeydiyyatdan keçirtmək mümkün idi. İndi isə bunları etmək yetərli deyil. Smartfonda və ya planşetdə əməliyyat sisteminin ilkin versiyasının quraşdırılması üçün Apple Developer Program-da qeydiyyatdan keçmiş tərtibatçı hesabının olmağı mütləqdir. Qeydiyyatdan keçməyin qiyməti isə ildə 99$ təşkil edir. Əməliyyat sisteminin ictimai beta test versiyaları əvvəlki kimi pulsuz şəkildə təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər