iOS-in yeni funksiyası iPhone-nu ödəniş terminalına çevirə biləcək

iOS-in yeni funksiyası iPhone-nu ödəniş terminalına çevirə biləcək

Əməliyyat sistemləri
27.01.2022 PAYLAŞIM

    Apple şirkəti iOS üçün yeni funksiya üzərində çalışır və həmin funksiya iPhone-nu ödəniş terminalına çevirməyə imkan verəcək. Bunun sayəsində kiçik biznes sahibləri plastik kartlar vasitəsilə ödənişlər üçün nəzərdə tutulmuş xüsusi pos terminalları əldə etmək faktorundan azad olacaqlar. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən Apple sözügedən yeni funksiya üzərində 2020-ci ildən çalışır. Qeyd etmək lazımdır ki, Apple 2020-ci ildə 100 milyon dollara Kanadanın Mobeewave adlı startapını almışdı. Sözügedən startap tərəfindən yaradılmış texnologiya NFC çipinə sahib smartfonlara bank kartları vasitəsilə ödənişləri qəbul etməyə imkan verir. NFC texnologiyası isə Apple Pay ödənişlərində artıq istifadə edilir. iPhone vasitəsilə ödəniş qəbul etmək üçün bəzi ölkələrin satıcıları smartfonla Bluetooth üzərindən əlaqəli olan xüsusi terminallardan istifadə edə bilərlər.

    Bu sahədə Twitter-in keçmiş CEO-su Jack Dorsey-nin Square servisi öz liderliyini qoruyur. Lakin Apple tərəfindən hazırlanan yeni funksiya birbaşa iPhone-nun özünü ödəniş terminalına çevirəcək. Sözügedən funksiyanın Apple Pay ekosisteminə daxil olub-olmayacağı bilinmir. Bundan əlavə olaraq funksiyanın Azərbaycanda istifadə edilib-edilməyəcəyi də məlum deyil. Gözləntilərə əsasən Apple şirkəti bu funksiya ilə bağlı sistem yenilənmələrini yaxın aylar ərzində təqdim edəcək. Qeyd etmək lazımdır ki, Apple artıq uzun müddətdir ki, ödənişlər bazarına daxil olmağa çalışır. 2019-cu ildə şirkət ABŞ-da Apple Card-ı istifadəyə vermişdi. Daha sonra isə şirkət rəqəmsal tranzaksiyalar üçün nəzərdə tutulmuş Apple Cash servisini təqdim etmişdi. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır..

Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən proble..


Android 14 əsaslı OneUI 6-nı əldə etməyəcək Samsung smartfonlarının siyahısı təq..

İnsayderlər Samsung şirkətinin öz cihazlarındakı proqram təminatı yenilənməsi üzrə siyasətinə əsasla..


Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər..

Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini tə..


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat..

Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il..


Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə..


POCO F2 Pro üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Xiaomi şirkəti MIUI 14 istifadəçi interfeysini qlobal bazarda POCO F2 Pro smartfonu üçün istifadəyə ..

×