
iOS istifadəçiləri qoruyucu maskanı çıxartmadan Face ID-dən istifadə edə biləcəklər
Əməliyyat sistemləri
28.01.2022
Emil
Mövcud pandemiya ərzində iPhone istifadəçiləri qoruyucu maskalardan istifadə zamanı Face ID texnologiyasından yararlanmaqda çətinlik çəkirlər. Belə ki, sözügedən texnologiya qoruyucu maska taxmış istifadəçinin üzünü skan edə bilmir. Lakin Apple şirkəti iOS-in yeni beta versiyasında bu problemi aradan qaldırıb. Bundan sonra Face ID-dən yararlanmaq üçün qoruyucu maskanı çıxartmağa və ya əlavə olaraq Apple Watch-dan istifadə etməyə ehtiyac qalmayacaq. Şirkət Face ID texnologiyasının alqoritmini təkmilləşdirib.

Beləliklə təkmilləşdirilmiş alqoritm istifadəçi gözlərinin ətraflarında olan unikal sahələri yüksək dəqiqliklə skan etməyi öyrənib. Nəticədə üz identifikasiyasından keçmək üçün istifadəçi artıq qoruyucu maskanı çıxartmalı olmayacaq. İstifadəçi gözlərinin ətraflarındakı unikal sahələrin skanı smartfonu blokdan çıxartmağa kifayət edəcək. Bu yenilik artıq iOS 15.4-ün test versiyasında aktivdir və yaxın zamanda əməliyyat sisteminin stabil versiyasında istifadəyə veriləcək. İstifadəçi təkmilləşdirilmiş alqoritmi fərdi şəkildə aktivləşdirməli olacaq. Bunun üçün istifadəçi ayarlardakı Face ID bölməsinə daxil olaraq “Use Face ID With a Mask” funksiyasını aktivləşdirməlidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
