Logo
    main-post-cover

    iPhone 15-lərdə batareyaların maksimal şarjlarını məhdudlaşdırmaq mümkün olacaq

        Tərtibatçılar iOS 17-nin yeni beta versiyasının kodunu analiz edərək iPhone 15 smartfonları üçün nəzərdə tutulmuş yeni maraqlı funksiyanı aşkar ediblər. Beləliklə əməliyyat sisteminin kodundakı məlumatlara əsasən istifadəyə veriləcək yeni funksiya iPhone 15 smartfonlarının sahiblərinə öz cihazlarının maksimal şarj səviyyələrinin məhdudlaşdırılması imkanını verəcək. Yəni istifadəçilər smartfonların ayarlarında cihazların şarj prosesləri çərçivəsində onların nə qədər şarj olunmalı olduqlarını təyin edə biləcəklər. Nəzəri cəhətdən bu funksiya smartfonların batareyalarının sağlamlıqlarını qorumalıdır. Sözügedıən funksiyanın digər iPhone modellərində istifadəyə verilib-verilməyəcəyi bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone 15-lərdə batareyaların maksimal şarjlarını məhdudlaşdırmaq mümkün olacaq | Technote