
MIUI 15 gözlənildiyindən daha tez istifadəyə verilə bilər
Əməliyyat sistemləri
06.07.2023
Emil
Heç sirr deyil ki, Xiaomi hal hazırda MIUI 15 istifadəçi interfeysi üzərində çalışır. Adətən Xiaomi öz yeni istifadəçi interfeysini hər ilin sonunda yeni flaqman smartfon tərkibində istifadəyə verir. Lakin MIUI 15 gözlənildiyindən daha tez istifadəyə verilə bilər. Daha öncə güman edilirdi ki, MIUI 15 ya noyabr ya da dekabrda Xiaomi 14 flaqman smartfon seriyasının tərkibində istifadəyə veriləcək.
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən yeni istifadəçi interfeysi oktyabrda və ya hətta sentyabrda istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, MIUI 15-i ilk olaraq Redmi Note 13 smartfon seriyası əldə edəcək. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi MIUI 15-in alfa versiyasını məhz Redmi Note 13-ün tərkibində test edir və istifadəçi interfeysinin alfa versiyası Android 13 əsasında çalışır.
Paylaş
Bənzər xəbərlər