
Xiaomi şirkəti özünün MIUI istifadəçi interfeysi ilə bağlı əldə etmiş olduğu yeni nailiyyət barəsində danışıb. Belə ki, şirkətin verdiyi məlumata əsasən 21 may tarixində MIUI-nin ümumi aylıq istifadəçi kütləsi 600 milyon istifadəçini keçib. Bu statistikaya Xiaomi-nin bütün dünyadan olan smartfon və planşet istifadəçiləri daxildirlər. Qeyd etmək lazımdır ki, şirkət aylıq 500 milyon aktiv MIUI istifadəçisi nailiyyətini 2021-ci ilin noyabr ayında əldə etmişdi. Qeyd etmək lazımdır ki, şirkət MIUI-nin ilk versiyasını 2010-cu ilin avqust ayında istifadəyə vermişdi. Şirkət aylıq 100 milyon MIUI istifadəçi kütləsini isə 2015-ci ilin avqust ayında əldə etmişdi.