
MacOS Sonoma-nın stabil versiyası nə zaman istifadəyə veriləcək?
Əməliyyat sistemləri
13.09.2023
Emil
Apple şirkəti artıq iOS 17, iPadOS 17 və watchOS 10 əməliyyat sistemlərinin stabil versiyalarının nə zaman və hansı cihazlarda istifadəyə veriləcəyini rəsmi şəkildə açıqlayıb. Lakin indiyənə kimi macOS Sonoma əməliyyat sisteminin stabil versiyasının nə zaman istifadəyə veriləcəyi müəmmalı qalmışdı. Hələ keçən həftə məlumat ortaya çıxmışdı ki, Apple macOS Sonoma-nı düşünüldüyündən daha tez istifadəyə verə bilər. Görünür, bu məlumat öz təsdiqini tapıb. Belə ki, şirkətin vermiş olduğu məlumata əsasən macOS Sonoma-nın stabil versiyası 26 sentyabr tarixində istifadəyə veriləcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
