Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təqdim edib

Microsoft dəstəklənməyən kompüterlərdə Windows 11-in quraşdırılma təlimatını təqdim edib

Əməliyyat sistemləri
08.10.2021 PAYLAŞIM

    Microsoft şirkəti dəfələrlə öz əməliyyat sisteminin müxtəlif təkmilləşdirilmiş versiyalarına qarşı çıxıb. Həmin təkmilləşdirilmiş versiyalar əsasən müəyyən funksiyalar ilə məhdudiyyətlərdən yan keçmək üçün lazım olurdu. Lakin bir neçə müddət bundan öncə Microsoft-un saytında Windows 11-i dəstəkləməyən kompüterlər üçün yeni əməliyyat sisteminin hacker üsulu vasitəsilə quraşdırılması üzrə təlimat ortaya çıxdı.

    Həmin təlimata əsasən kompüterin TPM 2.0 moduluna sahib olub-olmadığını və prosessorunun yeni əməliyyat sistemini dəstəkləyib-dəstəkləmədiyini yoxlamaq üçün nəzərdə tutulmuş prosesdən asanlıqla yan keçmək olar. Bunun üçün ilk növbədə reestr redaktorunu işə almaq lazımdır. Reestr redaktorunu işə salmaq üçün birinci Win+R kombinasiyasını yığmaq və açılmış sistem menyusu sətrində regedit əmrini daxil etməklə Enter düyməsinə klikləmək lazımdır.


    Daha sonra açılacaq menyuda KEY_LOCAL_MACHINE\SYSTEM\Setup\MoSetup qovluğunu tapmaq və AllowUpgradesWithUnsupportedTPMOrCPU adlı DWORD parametrini yaratmaq lazımdır. Həmin parametr üçün isə 1 nişanını təyin etmək lazımdır. Microsoft bildirib ki, reestrə düzgün olmayan nişanların daxil edildikləri halda sistemdə kritik nasazlıqlar baş verə bilər.

    Sadalanmış bu prosesləri yerinə yetirdikdən sonra Windows 11-i kompüterə quraşdırmaq olar. Lakin bir şərtlə ki, kompüter ən azından TPM 1.2 modulu ilə təchiz olunmuş olsun. Hələ bir neçə müddət bundan öncə Microsoft bildirmişdi ki, yeni əməliyyat sistemini ISO formatının yüklənməsi üsulu ilə quraşdırılması nəticəsində onun üçün yenilənmələr təqdim olunmayacaq. Lakin həmin bəyanat şirkətin rəsmi saytından yoxa çıxıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11 AMD prosessorlarının performanslarını aşağı salır

AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat ..


Windows 11 rəsmi şəkildə istifadəyə verilib

Windows 11 əməliyyat sisteminin stabil versiyası rəsmi şəkildə istifadəyə verilib.


Aparılmış tədqiqata əsasən kompüterlərin çoxu Windows 11-ə keçidə hazır deyil..

Microsoft ilk əvvəldən potensial Windows 11 istifadəçilərinin kompüterləri üçün yüksək tələblər təyi..


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..


MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Bu ilin sonunda Xiaomi-nin yeni MIUI 13 istifadəçi interfeysini təqdim edəcəyi gözlənilir.


Köhnə Android versiyaları daha təhlükəsiz olacaqlar

İstifadəçilərin konfidensial məlumatlarının qorunması üçün Android 11-də xüsusi funksiya istifadəyə ..

×