main-post-cover

    Microsoft köhnə kompüterlərdə Windows 11-in funksionallığını məhdudlaşdıracaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    30.08.2021
    Farid Pardashunas
        Bir neçə gün bundan öncə Microsoft şirkəti elan etmişdi ki, Windows 11-i hətta köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq. Lakin məlum olub ki, köhnə kompüterlərin istifadəçiləri bəzi məhdudiyyətlər ilə qarşılaşacaqlar. Belə ki, Microsoft şirkəti köhnə kompüterlər üçün Windows 11-in funksionallığını məhdudlaşdıracaq. The Verge saytı Microsoft təmsilçilərinə istinadən xəbər verib ki, yeni əməliyyat sisteminin köhnə kompüterlərə quraşdırılması zamanı istifadəçilər drayverlərin avtomatik yüklənmələri də daxil olmaqla sistem yenilənməsi funksiyasından məhrum olacaqlar.
        Bununla yanaşı Microsoft köhnə kompüterlərdə Windows 11-in problemsiz çalışmasına zəmanət vermir. Windows 11-in kompüterə quraşdırılması üçün o, minimum 4 GB RAM və 64 GB  daxili yaddaş ilə təchiz olunmalıdır. Bununla yanaşı kompüter TPM 2.0 adlı kriptoqrafik təhlükəsizlik çipinə sahib olmalı və Secure Boot funksiyasını dəstəkləməlidir. Bundan əlavə olaraq kompüterin prosessoru da Windows 11-i dəstəkləyən prosessorlar siyahısına daxil olmalıdır. Əgər istifadəçinin kompüteri bu tələblərə cavab vermirsə, o, Windows 11-in ISO formatını yükləməli və quraşdırmanı fərdi şəkildə reallaşdırmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər