Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq

Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq

Əməliyyat sistemləri
29.08.2021 PAYLAŞIM

    Microsoft şirkəti istifadəçilərin narazılıqlarını nəzərə alaraq elan edib ki, Windows 11 əməliyyat sistemini köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq. Lakin bu halda istifadəçilər bəzi çətinliklərlə qarşılaşacaqlar. Qeyd etmək lazımdır ki, Windows 11-in təqdimatı zamanı Microsoft-un bu əməliyyat sistemi üçün səsləndirmiş olduğu sistem tələbləri istifadəçilər arasında narazılıqlarla qarşılanmışdı. Belə ki, hətta bir qədər güclü kompüterlərin istifadəçiləri də yeni əməliyyat sisteminin quraşdırılması şansından məhrum olmuşdular. Şirkət bunu təhlükəsizliyi yüksək səviyyədə düşünməsi ilə əlaqələndirmişdi və bildirmişdi ki, o, köhnə kompüterlərə yeni əməliyyat sisteminin quraşdırılması üzrə mövcud olacaq bütün üsullarla mübarizə aparacaq.

    Lakin şirkətin yeni elanına əsasən Windows 11-i hətta yeni əməliyyat sistemi ilə uyğunlaşmayan prosessorlara sahib kompüterlərə də quraşdırmaq mümkün olacaq. Lakin bu halda istifadəçilər yenilənmə mərkəzi vasitəsilə Windows 10-dan Windows 11-ə keçid edə bilməyəcəklər. Buna görə də köhnə kompüterlərin istifadəçiləri Windows 11-in ISO formatını yükləməli və onu fərdi şəkildə quraşdırmalı olacaqlar. Bundan əlavə olaraq Microsoft Windows 11 ilə bağlı yeni testlər aparandan sonra dəstəklənən prosessorlar siyahısına Intel Core X, Xeon W seriyalarının prosessorlarını və Intel Core 7820HQ prosessorunu əlavə edib. AMD prosessorlarına gəldikdə isə birinci nəsil Ryzen modelləri avtomatik yenilənməni dəstəkləməyəcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar

Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçi..


MIUI 13-ü ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Bu ilin sonunda Xiaomi-nin yeni MIUI 13 istifadəçi interfeysini təqdim edəcəyi gözlənilir.


Köhnə Android versiyaları daha təhlükəsiz olacaqlar

İstifadəçilərin konfidensial məlumatlarının qorunması üçün Android 11-də xüsusi funksiya istifadəyə ..


Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Google şirkəti gözlənilmədən Android 12 əməliyyat sisteminin istifadəyə verilmə müddətində dəyişikli..


Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qa..


Microsoft köhnə kompüterlərdə Windows 11-in funksionallığını məhdudlaşdıracaq..

Bir neçə gün bundan öncə Microsoft şirkəti elan etmişdi ki, Windows 11-i hətta köhnə kompüterlərə də..

×