
Nothing Phone (1) üçün Android 13-ün stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
17.02.2023
Emil
Keçən ilin yay fəslində Nothing şirkəti öz ilk smartfonu Nothing Phone (1)-i satışa çıxartmışdı. İlin sonuna yaxın isə Android 13-ün beta test versiyası bu smartfonda istifadəyə verildi. Nəticədə iki aylıq beta test mərhələsindən sonra şirkət Android 13-ün stabil versi5yasını sonunda Nothing Phone (1)-də istifadəyə verdi. Yenilənmiş proqram təminatı Android 13-ün bütün funksiyalarını dəstəkləyir. Bundan əlavə olaraq Nothing Phone (1) istifadəçiləri Android 13-ün stabil versiyası ilə yanaşı həmçinin NothingOS 1.5 adlı yeni istifadəçi interfeysini də əldə ediblər. Əlavə olaraq tərtibatçılar yeni istifadəçi interfeysinə Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini də inteqrasiya ediblər. Android 13-ün stabil versiyası Nothing Phone (1)-in bütün dünyadakı istifadəçiləri arasında tədricən istifadəyə verilir.
Paylaş
Bənzər xəbərlər